AZ

Britaniyada Trampdan narazı olan təyyarə sərnişini saxlanıldı

BAKI, 28 iyul. TELEQRAF

“EasyJet” aviaşirkətinin Luton-Qlazqo reysini həyata keçirən təyyarəsinin sərnişini saxlanılıb.

Teleqraf xəbər verir ki, sərnişin, bu günlərdə Şotlandiyada səfərdə olan ABŞ Prezidenti Donald Trampın siyasətindən narazılığı səbəbindən bomba partlatmaqla bağlı hədələr səsləndirib.

Şahidlərin sözlərinə görə, sərnişinlərdən biri tualetdən çıxaraq "Allahu əkbər" deyə qışqırmağa başlayıb, daha sonra isə üstündə "bomba olduğunu" və "Trampa siqnal göndərmək istədiyini" bildirib. Digər sərnişinlər kişini yerə yıxaraq zərərsizləşdiriblər. Daha sonra stüardessalar onun baqajını yoxlayıb və şübhəli heç nə aşkar etməyiblər.

İlkin məlumatlara görə, 41 yaşlı kişi Hindistan vətəndaşıdır və Böyük Britaniyada qaçqın statusunda yaşayır. Nəticədə təyyarə təyinat məntəqəsinə eniş edib və orada problemli sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr