AZ

İtaliyada çimərlikdə olan 200 nəfər təxliyə edilib

Bakı. Trend:

İtaliyanın Sardiniya adasında yerləşən məşhur Villasimiusçimərliyi yaxınlığında meşə yanğını baş verib.

Trend xəbər verirki, güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyəyayılıb və yaxınlıqdakı iaşə obyektlərini də əhatə edib.

Yanğının söndürülməsi və əhalinin təxliyəsi üçün əraziyə mülkimüdafiə qüvvələri cəlb olunub.

Hadisə zamanı çimərlikdə təxminən 600 nəfər olub. Onlardan 200nəfəri patrul və fərdi qayıqlar vasitəsilə təxliyə edilib. Dənizxilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün Kalyari Limanİdarəsi səfərbər olunub. Əməliyyatlara helikopterlər də cəlbedilib.

Yanğın nəticəsində çimərlik ətrafındakı dayanacaqda onlarlaavtomobil yanaraq istifadəyə yararsız hala düşüb. Hazırda yanğınınlokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Seçilən
44
az.trend.az

1Mənbələr