AZ

İraqda hədsiz istilərə görə tətil elan olundu

BAKI, 28 iyul. TELEQRAF

İrqada havanın həddindən artıq isti keçməsi səbəbindən 7 şəhərdə rəsmi tətil elan edilib, bəzi şəhərlərdə isə iş saatları qısaldılıb.

Teleqraf xəbər verir ki, paytaxt Bağdad və ölkənin cənub hissələrində havanın temperaturu 52 dərəcə Selsiyə (112 dərəcə Fahrenheit) çatıb. Həddindən artıq istilər səbəbindən hökumət Bəsrə, Meysan, Ziqar, Vasit, Babil, Kərbəla və Divaniyyə əyalətlərində tətil elan edib.

Səlahiyyətlilər isti dalğasının sabah pik həddinə çatacağını bildirərək, əhalini birbaşa günəş şüasından çəkinməyə, xüsusilə günorta saatlarında küçəyə çıxmamağa, bol maye içməyə və lazımi tədbirlər görməyə çağırıb.

Seçilən
45
teleqraf.com

1Mənbələr