AZ

Türkiyədə meşə yanğınları səbəbindən 3500-dən çox insan təxliyə olunub

Bakı. Trend:

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazargünü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub.

Trend xəbər verirki, bu barədə məlumatı yerli KİV-lər yayıb.

Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlardagecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri iləsürətlə yayılıb.

Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildiribki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfərtəhlükəsiz şəkildə təxliyə olunub.

Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləritam şəkildə təxliyə edilmişdi. Bu gün isə daha dörd yaşayışməntəqəsi – Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca kəndlərinin dəboşaldılmasına qərar verilib.

Bursa meri Mustafa Bozbəy bildirib ki, bir yanğınsöndürənxidməti vəzifəsini yerinə yetirərkən ürək tutmasından dünyasınıdəyişib. O əlavə edib ki, alov şəhərin ətrafında təxminən 3000hektar ərazini əhatə edib.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Seçilən
59
3
az.trend.az

10Mənbələr