AZ

Zelenski Makrona NABU-nun müstəqilliyinə söz verib

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) müstəqilliyinə zəmanət verən prezident qanun layihəsi barədə məlumatlandırıb...

Poliqon Strana.ua nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna rəhbəri Fransa prezidenti ilə söhbətindən sonra deyib.

"Qanun layihəsi antikorrupsiya orqanlarının müstəqilliyini və effektivliyini təmin edir, həmçinin onlara kənar təsirlərin qarşısını alır", Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın antikorrupsiya infrastrukturu tam fəaliyyət göstərir.

Poliqon.info 

Seçilən
78
poliqon.info

1Mənbələr