Bakı. Trend:
ABŞ Avropa İttifaqı (Aİ) ilə yeni ticarət sazişi imzalayıb.
Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada AvropaKomissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonraaçıqlama verib.
Trampın sözlərinə görə, razılaşmaya əsasən, Aİ ABŞ-dən 750milyard dollar dəyərində enerji resursları almağa və ABŞiqtisadiyyatına əlavə olaraq 600 milyard dollar investisiyayatırmağa razılıq verib.
Yeni saziş Aİ-yə 30%-lik gömrük rüsumlarından yayınmaq imkanıyaradacaq. Razılaşmaya əsasən, ABŞ Aİ-dən idxal olunan mallara, ocümlədən avtomobillərə 15% gömrük rüsumu tətbiq edəcək, Brüssel isəöz bazarlarını ABŞ məhsullarına sıfır tariflərlə açacaq.