AZ

Coşqun Diniyev “Çorum”dan ayrıldı - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının dayaq yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub azərbaycanlı oyunçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Coşqun Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atmışdı. “Çorum”da 12 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.

Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik müqaviləyə imza atmışdı.

Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.

Seçilən
33
2
arena.az

2Mənbələr