AZ

Məşhur hücumçunun oğlu 19 yaşında karyerasını bitirdi - Atasının şirkətində işləyəcək

İtaliya milisinin və “Roma”nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.

Sportinfo.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Bir müddət “Roma”nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Kristian İspaniyada “Rayo Valyekano”nun ikinci, ölkəsində isə “Avezzano” və “Olbia” klublarının formasını geyinib.

Seçilən
113
49
sportinfo.az

10Mənbələr