Rusiyada Vatsap tətbiqinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski deyib.
Qeyd edək ki, Rusiya Federasiyasında messencerin mümkün bloklanması mövzusu prezident Vladimir Putinin qeyri-dost ölkələrin proqram təminatının, o cümlədən rabitə xidmətlərinin istifadəsi ilə bağlı əlavə məhdudiyyətlər nəzərdən keçirməyi tapşırığından sonra fəal müzakirə olunmağa başlayıb.