PSJ Luka Şevalyenin transferi istiqamətində ilk addımı atıb.
Sportal.az xəbər verir ki, "L’Équipe"nin məlumatına görə, Paris klubu qapıçı üçün “Lill”ə ilk rəsmi təklifini göndərib. Təklifin məbləği 40 milyon avrodan aşağıdır.
Gözlənilir ki, "Lill" bu məbləğə Şevalyeni satmaqdan imtina edəcək.
“Lill” qolkiper üçün azı 40 milyon avro tələb edir və əvvəlcə ona əvəzləyici tapmaq istəyir. Klub artıq danışıqlara başlayıb – hədəfdə “Tottenhem”ə məxsus olan və “Saturn”un sabiq qapıçısının oğlu olan Antonin Kinskinin icarəyə götürülməsidir.
saytlarin hazirlanmasi