BAKI, 29 iyul. TELEQRAF
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1976-ci il təvəllüdlü Dünyamalıyev Roman Vladimiroviç özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, yerindəcə keçinib.
R.Dünyamalıyevin meyiti morqa təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.