“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.
Mia.az xəbər verir ki, seminar zamanı Saatlı rayonun ucqar kəndlərindən (Varxankənd və Qaralar) olan 20 nəfərdən artıq fəal sakinlər arasında, QİÇS əleyhinə, eləcə də vərəm və onun yoluxma yolları barədə təbliğat aparılıb, HİV və Vərəm əleyhinə məlumat materialları paylanılıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ