BAKI, 27 iyul. TELEQRAF
İordaniya Kral Hərbi Hava Qüvvələri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə Qəzzaya 25 ton ərzaq yardımı və ilkin ehtiyac malları çatdırılması əməliyyatında iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə İordaniya dövlət televiziyası məlumat yayıb.
Missiyada İordaniyanın 2 ədəd C-130 təyyarəsi və BƏƏ-nin 1 təyyarəsi iştirak edib. Onlar yükü Qəzza zolağının bir neçə obyekti üzərində atıb.
Bildirilir ki, bununla İordaniya tərəfi Qəzzada müharibənin başlamasından sonra 127-ci dəfə təyyarələr vasitəsilə humanitar yardım çatdırmış olub.