BAKI, 27 iyul. TELEQRAF
Rusiya Ukraynanın Sumı vilayətinin Yunakovka icmasında mülki vətəndaşları daşıyan avtobusa zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının sədri Oleq Qriqorov məlumat yayıb.
Vilayət başçısı bildirib ki, hadisə yerli vaxtla saat 16:30 radələrində İvoljanskoye kəndi yaxınlığında baş verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılardan bir qadının vəziyyəti son dərəcə ağırdır. Avtobusda ümumilikdə 39 sərnişinin olduğu bildirilir.