GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Nazir Staroviç özünü bir az fərqli ifadə etdi. Təəssüf edirəm ki, Rusiya mediasındakı bəzi dostlarımız səbirsizliklə Serbiyanı qınamaq üçün səbəb gözləyirlər. Mən onları sanksiyalarla bağlı məyus etməməliyəm”, – deyə o bildiribş
Qeyd edək ki, bundan əvvəl Serbiyanın Avropaya inteqrasiya naziri Nemanya Staroviç quruma qoşulmaq zəmanətini alacağı təqdirdə ölkəsinin AB-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyə hazır olduğunu demişdi.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.