AZ

İranın paytaxtı dəyişdirilir? – Pezeşkian açıqladı

İran Prezidenti Məsud Pezeşkian ölkənin cənub bölgələrinə paytaxtın köçürülməsi ilə bağlı mümkün təhlükəsizlik risklərinə münasibət bildirib.

Turkustan.az-ınməlumatına görə, Pezeşkian qeyd edib ki, bu gün təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqlənir:

“Bu gün dünyada təhlükəsizliyin tərifi və təmin edilməsi keçmişdən fərqlidir, bunu son müharibədə də gördük”, – deyə dövlət başçısı bildirib.

O, cənub bölgələrinin də Tehran kimi şəhərlərin təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu vurğulayıb və paytaxtın köçürülməsinin zəruriliyini əsaslandırıb./Globalinfo.az/

Seçilən
73
1
turkustan.az

2Mənbələr