AZ

ABŞ və Aİ ticarət sazişi üzrə razılığa gəldilər

ABŞ və Avropa İttifaqı (Aİ) ticarət sazişi üzrə razılığa gəliblər.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Şotlandiyada keçirdiyi görüşdən sonra bildirib .

Onun sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və Amerika iqtisadiyyatına daha 600 milyard dollar sərmayə qoyacaq.

Tramp həmçinin əlavə edib ki, bütün Aİ ölkələri ABŞ ilə sıfır tariflərlə ticarət etmək üçün bazarlarını açacaqlar. O əlavə edib ki, bu razılaşma “hər iki tərəfi qane edir”. Bundan başqa, Tramp vurğulayıb ki, Vaşinqton Avropa İttifaqı ilə avtomobillərə 15 faiz həcmində vahid rüsum tətbiq etmək barədə razılığa gəlib.

Öz növbəsində Ursula fon der Lyayen bildirib ki, razılaşma sabitlik gətirəcək.

Seçilən
38
publika.az

1Mənbələr