AZ

"Qalatasaray" Andrey Luninlə maraqlanmır

Türkiyənin “Qalatasaray” klubu Ukrayna millisinin və “Real Madrid”in qapıçısı Andrey Luninin transferi ilə bağlı danışıqlar aparmayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk açıqlama verib.

“Yeni qapıçı axtarışlarımız davam edir, amma Lunin gündəmimizdə deyil. Başqa bir çox variantlarımız var”

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Lunin “Real”dan ayrılmağa hazır olduğu, lakin yalnız əsas qapıçı statusu təklif olunan təqdirdə bu addımı atacağı bildirilirdi. Hazırda isə bu şərtləri ona heç bir klub təmin etmir.

26 yaşlı qolkiper 2024/25 mövsümündə “Real”ın heyətində 14 matç keçirib və 19 qol buraxıb. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir. Transfermarkt portalı Luninin bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Seçilən
42
90deqiqe.az

1Mənbələr