BAKI, 27 iyul. TELEQRAF
ABŞ və Avropa İttifaqı (Aİ) ticarət sazişi barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Aİ ABŞ-dən 750 milyard dollar dəyərində enerji daşıyıcıları alacaq, həmçinin ölkə iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə yatıracaq.