AZ

Piastri Belçika Qran Prisinin qalibi oldu

BAKI, 27 iyul. TELEQRAF

"Maklaren" komandasının sürücüsü Oskar Piastri Belçika Qran Prisinin qalibi olub.

Teleqraf xəbər verir ki, Frankorşamda təşkil olunan yürüşdə ikinci pilləni Piastrinin komanda yoldaşı Lando Norris tutub.

"Ferrari" pilotu Şarl Lekler isə üçüncü olub.

"Red Bull"un dördqat dünya çempionu Maks Ferstappen finişi 4-cü keçib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.

Seçilən
105
teleqraf.com

1Mənbələr