AZ

İsrail Əraqçini belə öldürmək istəyibmiş

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin onu hədəfə almasından danışıb.

Modern.az-ın məlumatına görə, o, bildirib ki, İsrail onun yaşadığı evlə üzbəüz evə bomba yerləşdirərək öldürməyi planlaşdırıb.

“Bizim yaşadığımız ərazidə üzbəüz evə bomba qoyulub”, - Əraqçi qeyd edib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında (21-22 iyun) iştirak etdiyi Türkiyəyə səfəri zamanı İsrailin pilotsuz təyyarələrini görüb.

Nazir mobil telefonların söndürülməsi də daxil olmaqla təhlükəsizlik tədbirləri görülüb.

Seçilən
56
1
modern.az

2Mənbələr