AZ

İordaniya və BƏƏ Qəzzaya paraşütlə 25 ton yardım atdı

İordaniya və Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi-nəqliyyat təyyarələri Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması üzrə birgə əməliyyatda iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə “Al Mamlaka” telekanalı məlumat yayıb.

“Ehtiyacı olan sakinlərə humanitar yardımın paraşütlə çatdırılması üçün üç uçuş həyata keçirilib. Bu günə qədər təyyarələrdən 25 ton ərzaq, dərman və zəruri məhsullar atılıb”, - məlumatda qeyd edilib.

Seçilən
38
1
axar.az

2Mənbələr