AZ

Rəşad Dağlının qətldən əvvəl bıçaq aldığı görüntülər - VİDEO

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. 



 Yenilik.az xəbər verir ki, Lent.az həmin görüntüləri əldə edib. Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.   İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İsgəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:“İskəndərin «boş gəlmə» sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”.   Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonar meyxanaçı könüllü olaraq polisə təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsin hokum ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
223
49
yenilik.az

10Mənbələr