AZ

“Leyptsiq”i İngiltərənin top-klubuna dəyişəcək?

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərənin “Çelsi” klubunda davam etdirməyə yaxındır. 

90deqiqe.Az xəbər verir ki, London klubu niderlandlının transferi üzərində işini davam etdirir. Almaniya təmsilçisi “zadəganlar”dan futbolçu ilə bağlı yazılı və rəsmi təklif gözləyir.

22 yaşlı futbolçunun özü də “Stamford Bric”ə keçidə müsbət yanaşır və “Çelsi”ni əsas prioriteti kimi görür.

Hazırda London klubu niderlandlının transferində əsas favorit hesab olunur.

Qeyd edək ki, “Leyptsiq” Xavi Simonsu 2024-cü ilin yanvarında PSJ-dən 50 milyon avroya transfer etmişdi. Niderlandlı yarımmüdafiəçi ötən mövsüm 33 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Seçilən
22
90deqiqe.az

1Mənbələr