AZ

Radoslav Seleznı “Yuventus”u “Roma”ya dəyişdi

İtaliyanın “Yuventus” klubunun polşalı qapıçısı Radoslav Selenzı bundan sonra A Seriyasının digər təmsilçisi “Roma”nın formasını geyinəcək.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

18 yaşlı qolkiper Turin təmsilçisindən ayrılaraq “Roma”ya azad agent kimi qoşulub. O, “canavarlar”la 4+1 illik müqaviləyə imza atıb.

Radoslav Seleznı Polşanın “Vrotslav” klubunun yetirməsidir. O, “Yuventus”a 2022-ci ildə 100 min avro müqabilində keçmişdi.

Seleznı “Yuventus”un U-17, U-19 və gənclərdən ibarət komandalarında oynasa da, əsas komandada debüt şansı qazanmayıb.

Gənc qapıçı Polşanın U-15 və U-16 yığmalarına da cəlb edilib.

“Transfermarkt” internet-portalı 18 yaşlı qapıçının transfer dəyərini 175 min avro məbləğində qiymətləndirir.

Seçilən
43
arena.az

1Mənbələr