“Fulhem” 34 yaşlı fransalı qapıçı Benjamen Lekontu “Monpelye”dən tamhüquqlu əsasda “bağçılar”ın heyətinə qatıb.
Arena.az bu barədə “Fulhem”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid İngiltərə klubuna 500 min avro məbləğ müqabilində başa gəlib.
Benjamen Lekont “Loryan”ın məzunudur. Qapıçı, karyerası ərzində “Dijon”, “Monpelye”, “Monako”, Madrid “Atletiko”su (icarə) və “Espanyol”da (icarə) çıxış edib.
Geridə qalmış mövsümdə Lekont “Monpelye” üçün 30 oyuna çıxıb, 68 qol “yeyib”, 1 oyundan isə “quru” qurtulub.
Benjamen Lekont Fransa yığma komandasına cəlb edilsə də, debüt imkanı qazanmayıb.
Lekont futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı qapıçının transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.
