AZ

"Leypsiq" "Göztəpə" ilə anlaşıb

"Leypsiq" braziliyalı hücumçu Romulo ilə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Göztəpə"nin 23 yaşlı futbolçusunu heyətinə qatmaq üçün şifahi razılaşma əldə edib.

Bu barədə Almaniyanın nüfuzlu “Sky Sport” kanalı məlumat yayıb.

"Göztepe" oyunçusu üçün 25–30 milyon avro tələb edir. "Leypsiq" isə bu məbləği 20 milyon avrodan aşağı salmaq niyyətindədir.

"Leypsiq" rəhbərliyindən və ya futbolçunun nümayəndələrindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2023/24 mövsümündə parlaq çıxışı ilə diqqət çəkən Romulo "Göztepe" forması ilə 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Seçilən
54
1
fanat.az

2Mənbələr