Litvada düşmən dövlətlərin də vətəndaşı olan Litva vətəndaşlarına siyasi təşkilatlar yaratmağı və ya onların üzvü olmağı qadağan edilə bilər.
Teleqraf xəbər verir ki, məsələ ilə bağlı Litva Xristian Demokratları partiyası tərəfindən hazırlanan qanun layihəsi Seymdə qeydə alınıb.
"Litva ilə düşmənçilik edən dövlətlərin vətəndaşları, xüsusən də Rusiya oliqarxları ilə əlaqəsi olan vətəndaşlar potensial olaraq siyasi partiyalar vasitəsilə təsir göstərməyə cəhd edə bilərlər. Buna görə də, bu cür fəaliyyətlərin qarşısını almaq üçün biz belə şəxslərin yaradılmasına və siyasi partiyalara üzv olmasına, həmçinin partiyalara üzvlük haqqı və ya digər vasitələrlə maliyyə dəstəyinə məhdudiyyətlər qoyuruq", - deyə layihənin təşəbbüskarlarından olan Dalia Asanaviçençen bildirib.
Litva Dövlət Təhlükəsizlik Departamentinin (DTX) məlumatına görə, Rusiya, Belarus və Çin Litvaya düşmən dövlətlər hesab edilir.
Qanun layihəsində siyasi partiyaların hər il öz üzvlərinin siyahısının Ədliyyə Nazirliyinə təqdim edilməsi prosedurunun dəyişdirilməsi də təklif edilir.
Siyahılarda ikili vətəndaşlığı olan şəxsləri qeyd etmək və onların vətəndaşlıq mənsubiyyətini göstərməklə bağlı tərəflərə öhdəlik qoyulması təklif olunur.