AZ

Məsciddə dəhşətli qətl: nüfuzlu şəxs 30 bıçaq zərbəsi ilə öldürülübVİDEO

Paytaxtda dəhşətli qətl hadisəsi baş verib.

Yayılan məlumata görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, ötən gün saat 16 radələrində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər deyib ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.

Həmin gün də namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb.

1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

O da bilirilir ki, qətli törədən şəxs Vətən müharibəsi iştirakçısı, qazidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
53
10
xezerxeber.az

10Mənbələr