AZ

“Nottingem Forest” Gibbs-Uayt ilə müqaviləsini yenilədi

“Nottingem Forest” “meşəçilər”in 25 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçisi Morqan Gibbs-Uayt ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Morqan Gibbs-Uayt “Vulverhempton”un məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində “Suonsi Siti” (icarə), “Seffild Yunayted” (icarə) və “Nottingem Forest”də çıxış edib.

“Meşəçilər” Gibbs-Uaytı 2022-ci ilin avqust ayında 29,50 milyon avro məbləğ müqabilində “Vulverhempton”dan tamhüquqlu əsasda satın alıblar.

Geridə qalmış mövsümdə Gibbs-Uayt İngiltərə klubu üçün 38 oyun keçirib, 7 qol vurub, 10 məhsudlar ötürmə verib.

Morqan Gibbs-Uayt 2024-cü ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
87
arena.az

1Mənbələr