Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin qızı Dilan Çıtak, Bodrumda ona “saxla” əmri verən polisin üzərinə avtomobil sürüb. Polis havaya atəş açaraq Çıtakı dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün günorta saatlarında Konacık Atatürk Bulvarı Yeni Xəstəxana Dönəcəyində baş verib. Kamyonetlə təhlükəsizlik zolağında hərəkət edərək yol hərəkəti qaydalarını pozan Dilan Çıtakı polis saxlayaraq sürücülük vəsiqəsi və avtomobilin sənədlərini tələb edib.
Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib. Bir müddət sonra avtomobildən düşərək başqa bir maşına minən Dilan Çıtak, daha sonra yenidən öz kamyonetinə qayıdıb və avtomobiləin qapılarını kilidləyib. O, həmin anları çəkən jurnalistlərə də etirazını bildirib.
Daha sonra kamyonetə minən polis əməkdaşlarının müşayiəti ilə Dilan Çıtak polis bölməsinə aparılıb.