AZ

Almaniya kanslerindən Netanyahuya Qəzza çağırışı

BAKI, 27 iyul. TELEQRAF

Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzzada dərhal atəşkəsin təmin edilməsi və mülki əhaliyə təcili humanitar yardımın çatdırılması üçün əlindən gələni etməyə çağırıb.

Teleqraf xəbər verir ki, Almaniya hökumətinin yazılı açıqlamasında kansler Merz ilə Netanyahu arasında telefon danışığının olduğunu bildirilir.

Telefon danışığı zamanı Merz Qəzzadakı fəlakətin çox ciddi olduğunu bildirib.

"Merz Baş nazir Netanyahudan təcili atəşkəsin təmin edilməsi üçün əlindən gələni etməsini istəyib. Merz Netanyahudan Qəzzada aclıq çəkən mülki insanlara lazımi humanitar yardımı dərhal çatdırılmasını xahiş edib" - deyə, məlumatda bildirilir.

HƏMAS-ın 2023-cü il oktyabrın 7-də Qəzzada qarşıdurmaya başladığına şübhə edimədiyi bəyanatda o da qeyd olunur ki, Fələstin dövlətinin tanınması hazırda Berlinin gündəmində deyil.

Seçilən
42
teleqraf.com

1Mənbələr