“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində Yunanıstanın “Asteras Tripolis” klubuna qarşı keçirilməli olan yoxlama matçı təxirə salınıb. 

Offsideplus.az xəbər verir ki, buna Keltse şəhərindəki güclü leysan yağışları səbəb olub. 

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da Pilkarski stadionunda oynanılmalı idi. 

Samir Abasovun komandası daha öncə 2 yoxlama oyununa çıxıb və hər iki qarşılaşma heç-heçə bitib - "Hapoel Təl-Əviv" (1:1) və "Termalika" (2:2).