AZ

Balkan çempionatı: Lamiyə Vəliyeva 6-cı olub

Yunanıstanın Volos şəhərində atletika üzrə Balkan çempionatı (stadionda) keçirilir.

İdman.biz xəbər verir ki, yarışda çıxış edən Azərbaycam idmançılarından İlahə Quliyeva 400 m məsafəyə qaçış növündə göstərdiyi 54,93 san nəticə ilə özünə məxsus olan U20 yaş kateqoriyası üzrə ölkə rekordunu yeniləyib.

O bu nəticə ilə çempionatın 10-cu pilləsində qərarlaşıb.

Lamiyə Vəliyeva 100 m məsafəyə qaçışda 11,62 san nəticə ilə 6-cı olub.

Əlhəm Nağıyev 100 m məsafəyə qaçışda 10,43 san nəticə ilə 7-ci yeri tutub.

İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr