AZ

Amazonda missionerlər dronlarla "Bibliya"nı yayaraq qadağanı pozublar

Braziliyadakı yevangelist kilsəsinin missionerləri Amazonda təcrid olunmuş qəbilələrin qorunan yaşayış ərazilərinə "Bibliya" mətnlərinin audioyazısı olan cihazları çatdırmaq üçün dronlardan istifadə etməyə başlayıblar.
 
Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
 
Bildirilir ki, bu, qeyri-qanuni missionerlik cəhdidir. Braziliya dövlət siyasətinə görə, təcrid olunmuş xalqlarla hər hansı əlaqə yalnız qəbilələrin öz razılığı əsasında həyata keçirilməlidir.
 
Bu tədbir onların öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq və həmçinin yerli xalqlarda immuniteti olmayan xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Seçilən
39
2
moderator.az

3Mənbələr