AZ

Kilsəyə hücum: 40-dan çox insan öldürüldü

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin Komanda kəndində "Demokratik Qüvvələrin Alyansı" ekstremist qruplaşmasının silahlıları 40-dan çox insanı qətlə yetirib, onlardan 20-si kilsənin içərisində öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

 

Bildirilib ki, iyulun 27-nə keçən gecə silahlı qrup kəndə hücum edib. Gecə ibadətinə toplaşan 20 nəfər daxil olmaqla, ümumilikdə 43 nəfər öldürülüb.

 

Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.

Seçilən
29
4
modern.az

5Mənbələr