FÜZULİ, 27 iyul. TELEQRAF
Füzulidə yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirzəcamallı kəndi ərazisində baş verib. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişin Sahilə Muradova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb