AZ

Dünyada ilk kabab institutu yaradılır

Çinin Hunan əyalətinin Yueyang şəhərində ölkədə ilk barbekü (Texnoloji mənada "barbekü" termini məhsulu nisbətən aşağı temperaturda (100-120 °C) yanan kömürlər üzərində qovuraraq hazırlamaq üsuludur.

Bu məna ABŞ-nin cənub ştatlarında qorunub saxlanılır, bunun üçün ət hazırlamaq üsulu 18-ci əsrdən bəri ənənəvi olub-red.), Azərbaycan təbirincə desək,  manqal-kabab tədqiqat institutu açılacaq. 

Bu barədə “China Daily” məlumat yayıb.

“Cebheinfo.az” xəbər verir ki, Yueyang Açıq Universiteti Çinin ilk professional təhsil platformasını yaratmaq üçün Yueyang Barbekü Assosiasiyası ilə əməkdaşlıq edir.

İnstitut mütəxəssislər hazırlamağı, manqal bişirmə standartlarını inkişaf etdirməyi və yerli brendləri tanıtmağı planlaşdırır. Çində təhsil müəssisəsi açmaq qərarı ölkədə Yueyang manqal-kabab mədəniyyətinin populyarlığı ilə bağlıdır.

Mütəxəssislərin fikrincə, manqal üçün ideal istilik kömürlərin ağ küllə örtüldüyü zamandır və əlinizi qril üzərində beş saniyədən çox tutmaq mümkün deyil. Qızartmadan əvvəl ət otaq temperaturunda 20-30 dəqiqə saxlanmalıdır və şişlər bütün bişirmə müddətində yalnız üç və ya dörd dəfə çevrilir.

Seçilən
109
cebheinfo.az

1Mənbələr