AZ

Zelenski və Makron arasında telefon danışığı oldu

​BAKI, 27 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlunat yayıb.

Bildirilir ki, onların əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi olub.

Zelenski deyib ki, Rusiya raketləri və dronlarına qarşı etibarlı müdafiəyə ehtiyac var.

Tərəflər Ukraynada müxtəlif növ dronların istehsalının maliyyələşdirilməsi məsələsini də geniş şəkildə müzakirə ediblər. Fransa bu istiqamətdə Ukraynaya kömək etməyə hazır olduğunu bildirib.

Ukrayna lideri həmçinin İstanbulda Rusiya tərəfi ilə keçirilən üçüncü görüş barədə də məlumat verib.
Onun sözlərinə görə, yeni əsir mübadiləsi barədə razılıq əldə olunub və avqustun sonunadək yüksək səviyyəli görüşün keçirilməsi təklif edilib.

Seçilən
148
2
teleqraf.com

10Mənbələr