UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Split təmsilçisi heyətini 22 yaşlı mərkəz müdafiəçisi Ron Raci ilə gücləndirib. Kosovo millisinin futbolçusu ilə 2029-cu ilin iyununa qədər müddətə müqavilə imzalanıb. Raci son olaraq Kosovonun “Priştina” klubunda oynayıb.
Xatırladaq ki, "Zirə" - "Hayduk" arasındakı Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.