AZ

ABŞ Qəzzada müharibənin bitməsi şərtini açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"HƏMAS ilə razılaşmaya dair danışıqlar istənilən gün tamamlana bilər".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.

"Qəzzada girov qalan insanların taleyindən narahatıq. HƏMAS üçün çox sadə bir həll yolu var: bütün girovları azad edin, silahları yerə qoyun və müharibə bitsin", - deyə o vurğulayıb.

Rubio əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff həftələrdir gecə-gündüz bu məsələ üzərində işləyir:

"O, əhəmiyyətli irəliləyişə nail olub və biz bu prosesi başa çatdırmağa çox yaxınıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
3
oxu.az

4Mənbələr