Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" heyətini gücləndirmək üçün çalışmalara davam edir.

Offsideplus.az xəbər verir ki, Almaniya klubu Tımoteuş Puxaçı transfer etməyi düşünür. Onlar daha öncə də polşalı futbolçu ilə maraqlansa da, bu keçid o zaman real görünmürdü. İndi isə vəziyyət dəyişib.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Puxaç daha əvvəl "Kayzerslautern"in formasını geyinib. O, 2023/24 mövsümünü burada keçirib.

Qeyd edək ki, 26 yaşlı futbolçu müqavilə ilə "Holştayn Kil"ə məxsusdur.