AZ

Türkiyəli nazir: Yaxın vaxtlarda böyük meşə yanğınlarını nəzarət altına almaq niyyətindəyik

Türkiyə hökuməti yaxın saatlarda, o cümlədən ölkənin qərbində 1,8 min sakinin təxliyə olunduğu Bursa əyalətində böyük meşə yanğınlarını nəzarət altına almaq niyyətindədir.

"Report" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı deyib.

Onun sözlərinə görə, son günlər Türkiyədə rekord - 40 dərəcədən çox isti qeydə alınıb ki, bu da cənubda, o cümlədən Antalya və Mersin əyalətlərində meşə yanğınlarına səbəb olub.

Seçilən
60
report.az

1Mənbələr