AZ

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, müştərinin qadın ofisianta şillə vurmasından sonra mübahisə davaya çevrilib.

Ofisiant, ona şillə vuran kişini təpik və yumruqla döyərək kafedən çıxarıb. Digər işçilər və müştərilər davaya müdaxilə etməyiblər.

Hadisə anbaan kafenin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kənan
Milli.Az

Seçilən
29
4
milli.az

5Mənbələr