Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa Ekstraklasasında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, onun çıxış etdiyi “Motor Lüblin” çempionatın 2-ci turunda səfərdə “Poqon”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Renat Dadaşov 58-ci dəqiqədə, komandası 1:3 geridə olarkən əvəzlənib.
Qeyd edək ki, “Motor Lüblin” iki turdan sonra 3 xalla turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.