AZ

"Lill" kapitanı ilə müqaviləni yenilədi

BAKI, 27 iyul. TELEQRAF

Fransanın "Lill" klubu futbolçusu Benjamin Andre ilə müqaviləni yeniləyib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi kapitanla 3 illik sözləşmə imzalayıb.

35 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yayından "Lill"in şərəfini qoruyur.

Qeyd edək ki, Benjamin Andre ötən mövsüm meydana çıxdığı 45 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr