"Tottenhem"ə transferi baş tutmayan Morqan Qibbs-Vayt "Nottingem Forest"lə müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə yeni sözləşmə 2028-ci ilin yayına kimi imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qibbs-Vayt 2022-ci ildən "Nottingem Forest"də çıxış edir. O, ötən mövsüm Premyer Liqada 34 oyunda 7 qol vurub və 10 məhsuldar ötürmə edib.