AZ

“Milan” Royalı Braziliya klubuna satdı

BAKI, 27 iyul. TELEQRAF

İtaliya “Milan”ı futbolçusu Emerson Royalı satıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi vətəninin “Flamenqo” komandasına keçib.

26 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Rossoneri”lər bu satışdan 9 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Emerson Royal 2024-cü ilin yayından “Milan”ın şərəfini qoruyurdu. O, ötən mövsüm 26 oyunda meydana çıxıb.

Seçilən
70
teleqraf.com

1Mənbələr