AZ

Lunin “Qalatasaray”a gəlir? – Okan Burukdan cavab

“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk “Real Madrid”in ukraynalı qapıçısı Andriy Luninin kluba mümkün transferi haqda danışıb.

Publika.az xəbər verir ki, Okan Buruk jurnalistlər bununla bağlı sualına belə cavab verib:

“Biz Luninlə heç bir danışıqlar aparmamışıq. Alternativlər çoxdur, bəlkə də daha çox olacaq. Biz bunu ən qısa zamanda başa çatdırmaq istəyirik və hazırda bunun üzərində işləyirik”.

Aldığı oyun praktikasının miqdarı onu qane etmədiyi üçün Luninin İstanbul klubuna keçə biləcəyi daha əvvəl bildirilmişdi.

Seçilən
34
publika.az

1Mənbələr