AZ

İtaliya çempionu serbiyalının keçidini reallaşdırdı

"Napoli" serbiyalı qapıçı Vanya Milinkoviç-Saviçi transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Torino"nun qolkiperinin keçidi sonradan məcburi satınalma seçimi ilə icarə əsasında həyata keçirilib. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Bununla belə, tanınmış insayder Fabritsio Romano transfer qiymətinin 18 milyon avro olduğunu iddia edib. 

Milinkovic-Saviç 2017-ci ildən "Torino"da çıxış edirdi. O, A Seriyasında 146 oyuna çıxıb, 45 gorüşdə qapısını təmiz saxlayıb. O, Serbiya millisində də 18 oyuna çıxıb.

Seçilən
55
1
fanat.az

2Mənbələr